
İyun ayından Rusiyanın Həştərxan şəhəri ilə Bakı arasında birbaşa uçuşlar işə düşəcək.
Bunu vilayətin qubernatoru İqor Babuşkin öz “Telegram” kanalında yazıb.
Qubernator bildirib ki, reyslər həftədə iki dəfə Rusiyanın “Azimut” avişirkəti tərəfindən həyata keçiriləcək.
Bundan başqa, qeyd olunub ki, Bakıda Həştərxan vilayətinin firma mağazalarının açılması planlaşdırılır.
