BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVA VETERANLARI FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏ GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK EDİB

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi Instagram səhifəsində faşizm üzərində Qələbə günü ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

“Əziz veteranlar! Faşizm üzərində Qələbənin 77-ci ildönümü münasibətilə sizi təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, Vətənimizə – sülh və əmin-amanlıq arzulayıram!”