“LİSENZİYALAR VƏ İCAZƏLƏR HAQQINDA” QANUNUNDA AUDİOVİZUAL MEDİA FƏALİYYƏTİ İLƏ BAĞLI DƏYİŞİKLİK EDİLİB

Prezident İlham Əliyev “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Qanuna əsasən dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısının 5-ci maddəsində ( Teleradio yayımı fəaliyyəti) aşağıdakı dəyişiklik edilib.

5.Audiovizual media fəaliyyəti:
5.1.ümumölkə yerüstü televiziya yayımçısı
5.2.ümumölkə yerüstü radio yayımçısı
5.3.regional yerüstü televiziya yayımçısı
5.4.regional yerüstü radio yayımçısı
5.5.peyk yayımı həyata keçirən platforma yayımçısı
5.6.peyk yayımı həyata keçirməyən platforma yayımçısı
5.7.sifarişli yayım xidməti provayderi
5.8.sadə platforma operatoru
5.9.universal platforma operatoru
5.10.multipleks operatoru