![](https://mtm.az/wp-content/uploads/2022/05/trend_mukafatlandirma_040522_3-1024x662.jpg)
Mayın 4-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 27-ci Bakı birinciliyinin balacalar yaş qrupunda çoxnövçülük üzrə qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
2014-cü il təvəllüdlü gimnastlar arasında Nərgiz Əliyeva birinci, Fatimə Tarverdiyeva ikinci, Nilufər Qasımova üçüncü olub. Hər üç gimnast “Ocaq Sport” klubunu təmsil edir.
2013-cü il təvəllüdlü gimnastlar arasında Aylun Yusifli qızıl, Əminə Novruzova gümüş, Güllüzar Şərifova bürünc medal qazanıb. A.Yusifli və G.Şərifova “Ocaq Sport”, Ə.Novruzova Bakı gimnastika məktəbini təmsil edir.
2013-cü il təvəllüdlü gimnastlar arasında isə Aysel Rzayeva birinci, Leyla Nemakina ikinci, Zəhra Tahirova üçünü yeri tutub. A.Rzayeva və Z.Tahirova Bakı gimnastika məktəbini, L.Nemakina “Ocaq Sport” klubunu təmsil edir.