VİLAYƏT QULİYEV AZƏRBAYCANIN BOSNİYA VƏ HERSEQOVİNADA SƏFİRİ TƏYİN EDİLİB

Prezident İlham Əliyev Vilayət Quliyevin Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.