![](https://mtm.az/wp-content/uploads/2021/09/president_mekteb_030921_13.jpg)
Cəbrayıl, Suqovuşan və Zəngilanda yaxın vaxtlarda yeni məktəblər istifadəyə veriləcək.
Bunu təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin təltif olunması mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, bu gün təhsilin qarşısında bir sıra vacib məsələlər dayanır. Şuşada və Ağdamda məktəblər tikilir.
“Bununla yanaşı Cəbrayılda, Suqovuşanda, Zəngilanda da yaxın vaxtlarda yeni məktəblər istifadəyə veriləcək”, – deyə o bildirib.