Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi ilə İnsan hüquqları komitəsinin Şuşa şəhərində birgə iclası keçirilib.
İclasın gündəliyinə üç məsələ daxil edilib.
Deputatlar əvvəlcə işğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsində tədbirlərlə bağlı məsələlər ətrafında müzakirələr aparıblar.
Daha sonra komitələrin üzvləri “Böyük Qayıdış”, məcburi köçkünlərin torpaq və əmlak hüquqlarının təmin edilməsi və s. istiqamətlərdə çıxışlar ediblər.