VLADİMİR PUTİNLƏ RƏCƏB TAYYİB ƏRDOĞAN UKRAYNANI MÜZAKİRƏ EDİB

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, prezidentlər Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, ötən gün R.T.Ərdoğan rusiyalı həmkarı ilə danışıqlar keçirmək niyyətində olduğunu bildirmişdi.