SON 7 İLDƏ TÜRKİYƏ SİLAHLI QÜVVƏLƏRİ TƏRƏFİNDƏN 34 MİNDƏN ÇOX TERRORÇU ZƏRƏRSİZLƏŞDİRİLİB

Türkiyədə terrorla mübarizə istiqamətində 2015-ci il iyulun 24-dən etibarən yeni mərhələ başlayıb. Bu günə qədər ölkə daxilində, İraq və Suriyanın şimalında aparılan əməliyyatlar zamanı ümumilikdə 34 min 259 terrorçu zərərsizləşdirilib. Bu ilin əvvəlindən zərərsizləşdirilən terrorçuların sayı 991-ə çatıb.

Bu məlumatı Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Nazir Akar açıqlamasında Türkiyə silahlı qüvvələri tərəfindən İraqın şimalında “Pəncə-Kilit” şərti adı altında aparılan növbəti antiterror əməliyyatı zamanı indiyədək 56 terrorçunun zərərsizləşdirildiyini deyib.

Qeyd edək ki, nazir Hulusi Akar, ölkənin silahlı qüvvələrinin baş qərargah rəisi, ordu generalı Yaşar Güler və quru qoşunları komandanı Musa Avsever “Pəncə-Kilit” əməliyyatını ən yaxın məsafədən izləyiblər.