Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı həyata keçirib.
Bu barədə Ş.Mişel öz “Twitter” səhifəsində yazıb.
Onun sözlərinə görə, tərəflər arasında beynəlxalq məsələlər, Qarabağdakı vəziyyət və aprelin 6-da Brüsseldə keçirilmiş Ş.Mişelin Azərbaycan və Ermənistan liderləri ilə görüşünün nəticələri müzakirə olunub.
Bundan başqa, Şarl Mişel Rusiya prezidentini Pasxa bayramı ərəfəsində Mariupolda və Ukraynanın digər şəhərlərində humanitar dəhlizlər açmağa çağırıb.