
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası işğaldan azad olunan torpaqlarımızda ilk beynəlxalq idman yarışı təşkil edəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Prezident kuboku” reaqatasının ilk gününün yarışları mayın 6-da Tərtər rayonunun Suqovuşan qəsəbəsində baş tutacaq.
Növbəti gün – mayın 7-də isə yarış Mingəçevirdə davam edəcək.