Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya ikigünlük səfəri başlayıb.
Ermənistan mətbuatının məlumatına görə, Nikol Paşinyanın səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır.
Bundan başqa, onun baş nazir Mixail Mişustin, Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşləri gözlənilir.
Qeyd olunur ki, Nikol Paşinyanı səfər zamanı baş nazirin müavini Mger Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmi şəxslər müşayiət edir.