ŞARL MİŞEL: Aİ ŞURASI CƏNUBİ QAFQAZDA SÜLHÜN BƏRQƏRAR OLMASI ÜZRƏ BÜTÜN SƏYLƏRİ DƏSTƏKLƏYİR

Avropa İttifaqı (Aİ) Şurası Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması üzrə bütün səyləri dəstəkləyir.

Bunu Aİ Şurasının rəhbəri Şarl Mişel öz “Twitter” səhifəsində yazıb.

“Mən Brüssel müzakirələrimizin davamı olaraq Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar keçirdim. Aİ Şurası Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması üzrə bütün səyləri dəstəkləyir”, – Ş.Mişel yazıb.