Aprelin 15-də Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Azərbaycanın Rusiyadakı səfir Polad Bülbüloğlunu qəbul edib.
Bu barədə Rusiya XİN bildirib.
Qeyd olunur ki, görüş zamanı ikitərəfli münasibətlərin inkişafı, xüsusilə, iki ölkə arasında 22 fevral 2022-ci il tarixli Müttəfiqlik qarşılıqlı fəaliyyəti barədə bəyannamənin müddəalarının icrası kontekstində münasibətlərin inkişafı müzakirə olunub.
Tərəflər, həmçinin, 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il üçtərəfli razılaşmalarının praktiki reallaşdırılması ilə əlaqədar aspektlərə diqqət çəkiblər.