PARLAMENT KOMİTƏLƏRİNİN ŞUŞADA KEÇİRİLƏCƏK İCLASLARININ QRAFİKİ MÜƏYYƏN OLUNUB

Milli Məclisin komitələrinin Şuşa şəhərində keçiriləcək iclaslarının qrafiki müəyyən olunub və bu qrafiklər komitə sədrlərinə təqdim ediləcək.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, aprel ayından etibarən Milli Məclisin komitə iclaslarının Şuşada keçirilməsinə başlanılıb və artıq iki komitə Şuşada iclas keçirib.

S.Qafarova vurğulayıb ki, Milli Məclisin komitələrinin Şuşada iclasının keçirilməsi “Şuşa ili”nə töhfə vermək niyyəti daşıyır.