QAZAXISTAN – AZƏRBAYCAN OYUNU ASTANA ARENADA TƏŞKİL OLUNACAQ

Futbol üzrə Azərbaycan milli komandasının UEFA Millətlər Liqası çərçivəsində Qazaxıstan yığması ilə keçirəcəyi oyunun stadionu müəyyənləşib.

AFFA xəbər verir ki, bu il iyunun 3-də keçiriləcək Qazaxıstan – Azərbaycan oyunu Nur-Sultan şəhərindəki Astana Arenada təşkil olunacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.