İRAN PORTALI “QIZIL CİB SAATI” ROMANINDAN HİSSƏLƏR YAYIMLAYIB

Yazıçı Varisin 1893-1993-cü illəri əhatə edən, ermənilərin Türkiyədə və Qarabağda həyata keçirdikləri mənfur milli siyasəti arxiv materialları vasitəsilə faş edən, ötən il İstanbulda TADEV yayımları tərəfindən nəşr edilmiş “Qızıl cib saatı” romanından hissələr İranın Yeniqapı.com saytında dərc edilib.

Təbrizdə fəaliyyət göstərən sayt ilk öncə romanın ən tükürpədən hissəsini: 1918-ci ildə erməni daşnaklarının bolşevik bayrağı altında Bakıda törətdikləri vəhşiliklərdən bəhs edən, Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə İstintaq Komissiyasının materiallarına istinadən yazılmış fəsli təqdim edib, güneyli soydaşlarımıza bu acı həqiqətdən xəbər tutmaq imkanı yaradıb.

Qeyd edək ki, yaxın günlərdə sayt digər hissələrin tərcüməsini də oxucularının ixtiyarına verəcək.