MİQRASİYA XİDMƏTİ AZƏRBAYCANA GƏLƏN UKRAYNA VƏTƏNDAŞLARININ SAYINI AÇIQLAYIB

Dövlət Miqrasiya Xidməti bu il fevralın 24-dən Azərbaycana gələn Ukrayna vətəndaşlarının sayını açıqlayıb.

Dövlət Miqrasiya Xidmətinin Mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli bildirib ki, müharibə başlayandan bu günə qədər Azərbaycana 6 min 163 nəfər Ukrayna vətəndaşı daxil olub.