
Azərbaycanda da yerli vaksinin hazırlanması ilə bağlı işlər görülür.
Səhiyyə naziri Teymur Musayev jurnalistlərə bildirib ki, söhbət sırf SARS-CoV-2 əleyhinə vaksindən getmir.
O qeyd edib ki, vaksin istehsalı strateji istehsalatdır.
“Bu istiqamətdə aparılan işlər nəticəsində Azərbaycan istənilən halda mümkün olan pandemik çağırışlara çox çevik və effektiv cavab olaraq vaksin istehsalatını təmin edə bilər”, – deyə nazir bildirib.
