
Bu gün Azərbaycan və İsrail arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində bildirilib.
“Bu münasibətlə İsrail hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan-İsrail əməkdaşlığının daha da inkişafını gözləyirik”, – məlumatda deyilir.