![](https://mtm.az/wp-content/uploads/2022/04/leonid_kravets_030422-1024x683.jpg)
Xocalı soyqırımı zamanı azərbaycanlıları təxliyə etmiş ukraynalı pilot Leonid Kravets dünyasını dəyişib.
Bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov “Facebook” səhifəsində paylaşım edib.
“Bir saat öncə çox ağır və üzücü xəbər aldım. Əziz dostum Leonid Kravets uzun sürən xəstəlikdən sonra gözlərini əbədi olaraq yumdu. Xocalı qətliamının dəhşətlərinin Azərbaycan tərəfindən videolentə alınmasında, Xocalıdan mülki əhalinin təxliyə olunmasında müstəsna rolu olan qəhrəman pilot. Leonid Kravetsin Qarabağ həqiqətlərinin dünyaya yayılmasında böyük rolu oldu və buna görə də biz hər zaman Leonid Markoviçə minnətdar olacağıq”,- deyə Hikmət Cavadov qeyd edib.