
Bizim məqsədimiz Rusiya və Ukrayna prezidentlərinin görüşünü təşkil etməkdir.
Bunu Türkiyə prezidenit Rəcəb Tayyib Ərdoğan Özbəkistan səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, səfərdən qayıdan kimi həm Vladimir Putin, həm də Volodimir Zelenski ilə danışıqlar keçirmək niyyətindədir.
“Bu danışıqlarda hər iki liderə “Məqsədimiz sizi bir araya gətirməkdir” deyəcəyəm. Ümid edirəm ki, hər iki liderdən görüş üçün vaxt ala biləcəyik. Bu baxımdan, prezidentlər arasında keçiriləcək görüşə ev sahibliyi etməyə də hazırıq. Amma bu arada müvəqqəti də olsa atəşkəsi təmin etmək çox vacib əhəmiyyət daşıyır. Bu yöndə Türkiyədə nümayəndələrin görüşündən sonra Rusiyanın Kiyev və Çerniqov istiqamətlərində hərbi əməliyyatları məhdudlaşdırması vacib addımdır”, – deyə R.T.Ərdoğan bildirib.