
Azərbaycan üçtərəfli bəyanatın müddəalarına tam əməl edir. Ona görə də Azərbaycan tərəfindən heç bir pozuntu yoxdur.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistandan səfərdən qayıdarkən jurnalistlərə açıqlamasında qeyd edib.
O bildirib ki, Azərbaycana qarşı hücum gerçəkləşib deyə müdafiə reaksiyası olub.
“Əsas odur ki, üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq erməni silahlı ünsürlərinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisindən tamamilə çıxarılması təmin edilsin”, – deyə R.T.Ərdoğan əlavə edib.