TƏŞKİLATIN SƏDRİ: ATƏT AZƏRBAYCANLA ERMƏNİSTAN ARASINDA SÜLH VƏ DİALOQA TÖHFƏ VERMƏYƏ HAZIRDIR

ATƏT Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə və dialoqa töhfə verməyə hazırdır.

Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Polşa Respublikasının xarici işlər naziri Zbiqnev Rau Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

“Cənubi Qafqazda sülhün bərpa olunması ilə bağlı Ermənistanı ehtiyatlı davranmağa çağıracağam. Biz itkinlərin taleyinin həlll edilməsi, demarkasiya prosesinə də töhfə verməyə hazırıq. Bizim əsas məqsədimiz uzunmüddətli sülhü təmin etməkdir”, – o vurğulayıb.