BEYNƏLXALQ KONFRANS İŞTİRAKÇILARI AĞDAMA SƏFƏR EDİB

Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfransda iştirak edəcək heyətin Ağdama səfəri başlayıb.

Səfərdə 30-a yaxın ölkədən olan 120 nəfərə yaxın nümayəndə heyəti iştirak edir. Qonaqlardan 30 nəfəri minatəmizləmə sahəsində mütəxəssis olan şəxslərdir.

Qonaqlar Ağdamın azad edilmiş hissəsində ANAMA-nın regional mobil düşərgəsinə baxış keçirəcək, dağıntılar və quruculuq işləri, minatəmizləmə əməliyyat sahəsində işlərin gedişi ilə tanış olacaqlar.