SƏFİR: AZƏRBAYCANLA RUSİYA ARASINDA QURU SƏRHƏDLƏRİN AÇILMASI TURİST AXINININ TƏMİN OLUNMASINA İMKAN VERƏCƏK

Azərbaycanla Rusiya arasında quru sərhədlərin açılması böyük turist axınının təmin olunmasına imkan verəcək.

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan rusiyalı turistlər üçün hər zaman cəlbedici ölkə olub.

“Son dövrlərdə Rusiyadan Azərbaycana turist axını artır, “MİR” kartları ilə ödəniş imkanları isə rusiyalı turistərin daha da artmasına yol aça bilər”. – səfir deyib.