
Ankara danışıqlar prosesinin hər mərhələsində Rusiya və Ukraynanın mövqelərinin daha da yaxınlaşmasını alqışlayır.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbuldakı danışıqlarının yekunları üzrə dayib.
Onun sözlərinə görə, İstanbulda aparılan danışıqlarda bir sıra məsələlərdə razılaşma və mövqelərin yaxınlaşması qeydə alınıb. “Rusiya və Ukrayna ən mühüm irəliləyişə nail olublar”, – deyə XİN rəhbəri bildirib.
M.Çavuşoğlu ölkəsinin Rusiya-Ukrayna danışıqlarının təşviqinə verdiyi töhfədən məmnunluğunu ifadə edib.
“Kiyev və Moskva arasında danışıqların gündəliyindəki daha mürəkkəb mövzulara Ukrayna və Rusiya xarici işlər nazirləri növbəti mərhələlərdə baxacaqlar. Bundan sonra iki ölkə prezidentlərinin görüşü gündəmə gələcək”, – deyə XİN rəhbəri əlavə edib.