RUSİYA TƏRƏFİ İSTANBULDA KEÇİRİLƏN DANIŞIQLARI “KONSTRUKTİV” ADLANDIRIB

İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqları başa çatıb.

Rusiya nümayəndə heyətinin başçısı, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski danışıqların konstruktiv keçdiyini bildirib.

O deyib ki, Ukrayna aydın formalaşdırılmış mövqeyini təqdim edib. “Rusiya gərginliyi azaltmaq üçün Ukrayna tərəfinə iki addım atır”, – deyə V.Medinski bildirib.

Rusiya rəsmisi prezidentlər Vladimir Putin və Volodimir Zelenskinin müqavilə hazır olduqdan sonra görüşəcəklərini vurğulayıb.