KREML RUSİYA VƏ UKRAYNA PREZİDENTLƏRİNİN GÖRÜŞÜ BARƏDƏ AÇIQLAMA VERİB

Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş məsələsində hələlik irəliləyiş yoxdur.

Bunu V.Putinin mətbuat katibi Dmitri Peskov deyib.

O Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqların yekununda prezidentlərin görüşü ilə bağlı hər hansı addımın gözlənilmədiyini bildirib.

Qeyd edək ki, iki ölkə nümayəndələri arasında danışıqların növbəti mərhələsi martın 28-30-da İstanbulda keçiriləcək.