Avropa İttifaqına üzv olan ölkələrin liderləri Ukraynanın müharibədən sonrakı bərpasını dəstəkləyəcəkləri barədə öhdəlik götürüblər.
Bu barədə qərar Avropa İttifaqının Brüsseldə keçirilən sammitində qəbul edilib. Aİ Şurası bu məqsədlə Ukraynada Trast Həmrəylik Fondu yaradacaq. Bundan başqa sammit iştirakçıları Trast Həmrəylik Fondu çərçivəsində vəsaitlərin toplanması üzrə beynəlxalq konfrans təşkil etməyi düşünürlər.