ŞARL MİŞEL YENİDƏN Aİ ŞURASININ PREZİDENTİ SEÇİLİB

Şarl Mişel yenidən Avropa İttifaqı Şurasının prezidenti vəzifəsinə seçilib.

Bu barədə Brüsseldə keçirilən Avropa İttifaqı sammitinin bəyanatında deyilir.

“Avropa İttifaqı Şurası bu gün Şarl Mişeli 2022-ci il iyunun 1-dən 2024-cü il noyabrın 30-dək iki il yarımlıq ikinci müddətə yenidən prezident seçdi. Şarl Mişel həmçinin eyni dövr üçün yenidən Avropa Sammitinin prezidenti təyin edilib”, – deyə bəyanatda bildirilir.