Brüsseldə NATO-ya üzv ölkələrin liderlərinin fövqəladə zirvə toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron arasında görüş baş tutub.
Bu barədə Yelisey Sarayından verilən açıqlamada bildirilib.
Məlumata əsasən, tərəflər Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.
“Makron bildirib ki, Fransa Minsk Qrupu çərçivəsində Azərbaycan və Ermənistan arasındakı böhranın siyasi həllini tapmaqda qərarlıdır.
Makron Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün göstərilən səylərdən məmnunluğunu ifadə edib”, – deyə açıqlamada deyilir.
Həmçinin qeyd edilib ki, tərəflər Ukraynadakı son hadisələri də müzakirə ediblər.