BMT TƏHLÜKƏSİZLİK ŞURASI RUSİYANIN UKRAYNAYA DAİR QƏTNAMƏ LAYİHƏSİNİ RƏDD EDİB

BMT Təhlükəsizlik Şurası Rusiyanın Ukraynadakı vəziyyətlə bağlı hazırladığı qətnamə layihəsini təsdiq etməyib.
Səsvermədə Rusiya və Çin layihənin lehinə səs verib, qalan 13 ölkə isə bitərəf qalıb.
“Associated Press” qəzeti qeyd edib ki, Ukraynadakı ağır humanitar vəziyyətdən bəhs edən qətnamə layihəsinin BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməsi üçün azı doqquz lehinə səs toplamalı idi. Lazımi sayda səs toplanmazsa, ölkələrin heç biri veto hüququndan istifadə etməsə belə, layihə təsdiq edilmiş hesab edilmir.