İÇƏRİSİNDƏ 133 NƏFƏR OLAN TƏYYARƏ ÇİNDƏ QƏZAYA UĞRAYIB

Boeing 737 Çində qəzaya uğrayıb.

Rusiya mətbuatının verdiyi məlumata görə, “China Eastern Airlines” aviaşirkətinə məxsus “Boeing 737” sərnişin təyyarəsi, ilkin məlumatlara görə, Çinin cənubunda qəzaya uğrayıb.

Hadisə nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat yoxdur. Fövqəladə vəziyyətlə bağlı məlumat dəqiqləşdirilir.

KİV-in məlumatına görə, təyyarədə 133 nəfər olub. Qəzanın olduğu iddia edilən yer Quanksi Çjuanq Muxtar Bölgəsinin Vuzhou şəhərindəki Teng qraflığında dağlıq ərazidir. Hadisə yerində yanğın başlayıb və xilasedicilər cəlb olunub.