VOLODİMİR ZELENSKİ ALMANİYA PARLAMENTİ QARŞISINDA ÇIXIŞ EDƏCƏK

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Almaniya parlamenti qarşısında çıxış edəcək.

V.Zelenski bu barədə videomüraciətində deyib.

Ukrayna Prezidenti qeyd edib ki, gün ərzində Ukraynanın tərəfdaşları və dostları ilə danışıqlar aparıb.

O, Ukraynaya daha çox dəstək, Rusiyaya daha çox təzyiq üçün mübarizəni davam etdirəcəyini vurğulayıb.

Rusiya ilə danışıqları şərh edən V.Zelenski təmasların davam etdiyini bildirib: “Bizim üçün sülh naminə Ukrayna nümayəndə heyəti Rusiya nümayəndə heyəti ilə danışır. Mən istəyirəm ki, bütün vətəndaşlarımız, Ukrayna vətəndaşları indi məni eşitsinlər: danışıqlar davam edir, Ukrayna naminə danışıqlar”.