14 FEVRAL BEYNƏLXALQ KİTAB BAĞİŞLAMA GÜNÜDÜR

Dünya əhalisi fevralın 14-nü “Beynəlxalq kitab bağışlama günü” kimi qeyd edir. Bu, təqvimdə ən gənc bayramlardandır.
2012-ci ildən qeyd edilən bu bayram ABŞ-ın məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmurun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi gün olmadığını soruşub.
2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zellandiyaya qədər fərqli ölkələrdən olan bloqqerlər birlikdə hərəkət edərək insanları həmin günü “uşaqlara kitab vermə günü” olaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkələrində 14 fevral “Dövlətlərarası kitab vermə günü” olaraq qeyd olunmağa başlayıb. Mövcud olduğu ildən bu təşəbbüs bütün dünyada dəstək qazanır. Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, bloqqerlərin və uşaq yazıçılarının dəstəyi mühüm rol oynayıb.