“INSTAGRAM” RUSİYA ƏRAZİSİNDƏ BLOKLANIB

Rusiyada “Instagram” sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb. Bundan əvvəl Roskomnadzor martın 14-də gecə yarısı resursun bloklanacağı barədə məlumat verib.

Roskomnadzor tərəfindən verilən məlumata görə, sosial şəbəkəyə giriş rusiyalılara, o cümlədən hərbi qulluqçulara qarşı zorakılıq hərəkətləri etmək çağırışlarının yayılması səbəbindən məhdudlaşdırılıb.

“Instagram”ın bloklanması ilə bağlı rusiyalılara dövlət xidmətləri portalının poçt siyahısı vasitəsilə də məlumat verilib. Roskomnadzor orada Rusiyanın “VKontakte” və “Odnoklassniki” sosial şəbəkələri də daxil olmaqla özünün rəqabətqabiliyyətli internet platformalarına malik olduğunu xatırladıb.

“Ümid edirik ki, sizin bu internet resurslarına keçidiniz tez baş verəcək və gələcəkdə siz ünsiyyət və biznes qurmaq üçün yeni imkanlar kəşf edəcəksiniz”, – məktubda qeyd olunub.