Türkiyənin İstanbul şəhərində kəskin hava şəraiti ilə əlaqədar “Türk Hava Yolları” aviaşirkəti 400-dən çox uçuşu təxirə salıb.
Təkcə İstanbul hava limanında bu gün üçün nəzərdə tutulan uçuşların 30 faizi, 357 reys baş tutmayıb.
Eyni zamanda, Sabiha Gökçen hava limanında da 50 reys təxirə salınıb.
Şəhər ərazisində kəskin hava şəraitinin gün ərzində davam edəcəyi proqnozlaşdırılır.