Türkiyənin Antalya şəhərində ikinci Antalya Demokratiya Forumu işə başlayıb.
Builki forumda 17 dövlət və hökumət başçısı, 80 nazir, 39 beynəlxalq təşkilat nümayəndəsi iştirak edir.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərinə görə, forumun işində ümumilikdə 75 ölkədən nümayəndə yer alacaq.
Qeyd edək ki, ötən gün Antalyada Rusiya və Ukrayna xarici işlər nazirlərinin münaqişə dövründə ilk görüşü keçirilmişdi.