Azərbaycanın Ermənistanla əhatəli sülh razılaşması imzalamaq təklifini dəstəkləyirik. Ermənistan da bu məsələdə adekvat mövqe sərgiləməlidir.
Bunu Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
M.Çavuşoğlu deyib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı fəaliyyət Azərbaycanla koordinasiya edilir.
“Bundan sonra da bu koordinasiya davam etməlidir. Zəngəzur dəhlizinin reallaşması da önəmlidir”, – deyə nazir bildirib.