Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüş zamanı Ukrayna hadisələri ətrafında müzakirələr aparıldı.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, həmçinin, Ukrayna hadisləri ətrafında müzakirələr aparılıb.
“Bu durum çox ciddi narahatlıq yaradır. Artıq itkilərin və qurbanların sayı durmadan artır. Həm Azərbaycan, həm də Türkiyə burada çox fəal və məsuliyyətli mövqe sərgiləyir. Azərbaycan məsələnin beynəlxalq hüquq prinsiplərinə uyğun dialoq əsasında aparılmasının tərəfdarıdır”.