Ukraynanın paytaxtı Kiyevdə səhər saatlarında yenidən hava həyəcanı elan edilib.
Bu barədə “Ukrinform” agentliyi xəbər verir.
Qeyd olunur ki, Kiyev vilayət administrasiyası sakinləri sığınacaqlarda gizlənməyə çağırıb.
“Kiyevdə hava həyəcanı təqdim edilib. Bütün sakinlərdən təcili şəkildə mülki müdafiə sığınacaqlarına getmək xahiş olunur”, – deyə məlumatda bildirilir.