OMBUDSMAN 2021-Cİ İL ÜZRƏ MƏRUZƏSİNİ MİLLİ MƏCLİSDƏ TƏQDİM EDİB

Martın 4-də ombudsman Səbinə Əliyeva “Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında” Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2021-ci il üzrə məruzəsi ilə Milli Məclis qarşısında çıxış edib.

Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib ki, Milli Məclisdə çıxışı zamanı ombudsman Səbinə Əliyeva Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı vəziyyət, görülmüş işlər, mövcud problemlər, postmüharibə dövründəki fəaliyyət və qarşıda duran vəzifələrlə bağlı məsələlərə diqqət çəkib. Eyni zamanda, ombudsman 2021-ci il üzrə məruzəsində ölkəmizdə insan hüquq və azadlıqlarının daha səmərəli təmininə yönəlmiş bir sıra təklif və tövsiyələr verib.

Ombudsmanın 2021-ci il üzrə məruzəsi təsisatın rəsmi internet səhifəsində yayımlanacaq və dərc edilməsi üçün müvafiq mətbuat orqanlarına təqdim olunacaq.