KİRAYƏ MƏNZİLLƏRLƏ BAĞLI QAYDAYA DƏYİŞİKLİK EDİLİB

Prezident İlham Əliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”nda dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb.

Dəyişikliyə əsasən kirayə müqaviləsi bağlanıldıqdan sonra kirayəçi tərəfindən alış qiymətinin vaxtından əvvəl tam və ya qismən ödənişi həyata keçirilə bilər.

Kirayəyəverənin yazılı razılığı ilə kirayə müddətində istənilən vaxt kirayəçi kirayə müqaviləsi üzrə öz hüquq və vəzifələrini başqa şəxsə ötürə bilər.