Ukraynada Zaporojye Atom Elektrik Stansiyasının (AES) ərazisi Rusiya qoşunları tərəfindən ələ keçirilib.
Bu barədə Ukraynanın Nüvə Tənzimlənməsi Dövlət Müfəttişliyinin mətbuat xidməti bildirib.
Qeyd olunur ki, AES-in enerji bloklarına zərər dəyməyib, bölgədə baş vermiş yanğın reaktorlara təhlükə törətməyib.
Qeyd edək ki, Ukraynanın şərqində yerləşən Zaporojye AES-in ərazisində baş verən yanğın Bakı vaxtı ilə saat 08:20-də söndürülüb.
Məlumata əsasən, yanğın nəticəsində ölən və xəsarət alan olmayıb.