Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Dövlət Xidməti (Roskomnadzor) ölkə ərazisində BBC-nin rusdilli xidməti və “Azadlıq” radiosunun saytlarına girişi məhdudlaşdırıb.
BBC Rusiya ərazisində fasilələrlə işləyir.
Daha əvvəl “Meduza” internet nəşrinin Rusiya ərazisində işi məhdudlaşdırılmışdı. Bundan başqa, “Exo Moskvı” radiosu fəaliyyətini dayandırdığını elan etmişdi.