NEFT QİYMƏTLƏRİ BAHALAŞIB

Dünya birjalarında neft qiymətləri bahalaşıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,69 dollar artaraq 112,15 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 2,03 dollar artaraq 109,70 dollar olub.