Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyevin verdiyi məlumata görə, bu gün 170 soydaşımız Diasporla İş üzrə Dövlət Komitəsinin və diaspor təşkilatlarının təşkilatçılığı ilə Odessa yerləşən Azərbaycan Evinin qarşısından Moldovaya yola salınıb və onların yaxın günlərdə Moldovadan Azərbaycana təxliyə olunacağı gözlənilir.
Bu barədə Komitədən məlumat verilib.
“Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan hökumətinin tapşırığı ilə digər dövlət qurumları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir və Ukraynada yaşayan soydaşlarımızın təxliyəsi üçün bütün imkanlarını səfərbər edib”, – deyə məlumatda bildirilir.