FORMULA 1 RUSİYA QRAN-PRİSİ İLƏ MÜQAVİLƏYƏ XİTAM VERİLİB

Formula 1 Rusiya Qran-Prisi ilə müqaviləyə xitam verilib.
Formula 1-in təşkilatçıları Rusiyada yarış keçirməyin mümkünsüz olduğunu açıqlayıblar. Bu səbəbdən Rusiya Qran-Prisi ilə müqavilə ləğv edilib.
Beləliklə, bu il Soçidə keçirilməsi nəzərdə tutulan Qran-Pri ilə yanaşı, gələn il Sankt-Peterburqda baş tutacaq mərhələ də gerçəkləşməyəcək.
Qeyd edək ki, Formula -də yeni mövsümə martın 20-də Bəhreyndə start veriləcək. İyunun 10-12-də Bakı şəhər halqasında Azərbaycan Qran-Prisi keçiriləcək.