RUSİYA VƏ BELARUS İDMANÇILARININ QIŞ PARALİMPİYA OYUNLARINDA İŞTİRAKI QADAĞAN OLUNUB

Beynəlxalq Paralimpiya Komitəsi Rusiya və Belarus idmançılarının Pekində keçiriləcək Qış Paralimpiya Oyunlarında iştirakını qadağan edib.

Bu barədə Komitənin mətbuat xidməti bildirib.

Qərar Ukraynada davam edən hərbi əməliyyatlarla əlaqədar qəbul edilib.

Ötən gün Beynəlxalq Paralimpiya Komitəsi verdiyi qərarda hər iki ölkə idmançılarının neytral statusda çıxışına icazə vermişdi. Bu gün səhər saatlarında keçirilən iclasda isə idmançıların tamamilə iştirakına qadağa qoyulub.

Qeyd edək ki, Qış Paralimpiya Oyunları martın 4-dən 13-dək Pekində keçiriləcək.